Şəxsi müqavilə şərtlərində razılığa gəldi – Premyer Liqa təmsilçisi ilə

10 İyul 18:20 İngiltərə 188
Şəxsi müqavilə şərtlərində razılığa gəldi – Premyer Liqa təmsilçisi ilə

“Nottinqem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt “Mançester Siti” ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Klublar arasında rəsmi razılıq hələ əldə olunmayıb, ancaq ingiltərəli futbolçu artıq “Mançester Siti”yə keçmək qərarına gəlib.

25 yaşlı futbolçu son mövsümdə İngiltərə Premyer Liqasında 34 oyuna çıxaraq, 7 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu transfer futbol ictimaiyyətində böyük maraq doğurub və yaxın günlərdə klublar arasında yekun razılıq gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!