
“Tottenhem” rəsmi saytında “Kavasaki Frontale” klubundan müdafiəçi Kota Takainin transferini açıqlayıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yaponiya milli komandasında da oynayan 20 yaşlı futbolçu londonlularla müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Kota Takai “Kavasaki Frontale” akademiyasında yetişib. 2022-ci ilin aprelində, 17 yaşında əsas komandada debüt edən müdafiəçi klubla bütün yarışlarda 81 oyuna çıxıb, 4 qol vurub.
Ötən mövsüm isə komandasına AFC Çempionlar Liqasının finalına yüksəlməsində kömək edib.
2024-cü ilin sentyabrında Yaponiya milli komandasında debüt edən Takai indiyədək yığma ilə 4 oyun keçirib.