
“Çelsi”nin hücumçusu Kristofer Nkunku tezliklə klubu tərk edə bilər.
Sportinfo.az “Mirror”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” fransalı futbolçu ilə maraqlanır.
İngiltərə klubu Nkunku üçün 40 milyon avro civarında təklif verməyə hazırdır.
Daha əvvəl “Çelsi”nin oyunçusunun satışından təxminən 41 milyon avro qazanmağa ümid etdiyi bildirilib.
27 yaşlı forvard 2024/25 mövsümündə keçirdiyi 46 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.