Cənubi koreyalı müdafiəçinin transferi üzərində işə başladı - Premyer Liqa təmsilçisi

28 Aprel 2025 18:20 İngiltərə 1 105
Cənubi koreyalı müdafiəçinin transferi üzərində işə başladı - Premyer Liqa təmsilçisi

“Bayern”in müdafiəçisi Kim Min Jae karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanı qazanıb.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Nyukasl” cənubi koreyalı futbolçunu öz sıralarına cəlb etmək niyyətindədir.

“Sağsağanlar”ın rəhbərliyi bu sözləşmə üzərində ilkin işlərə başlayıb. Transfer yayda tamamlana bilər.

28 yaşlı müdafiəçinin dəyəri 45 milyon avro qiymətləndirilir. O, cari mövsümdə Münhen komandasının 43 oyununda iştirak edib, 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!