Fevral ayının ən yaxşı baş məşqçisi bəlli oldu - Premyer Liqada

15 Mart 00:10 İngiltərə 424
Fevral ayının ən yaxşı baş məşqçisi bəlli oldu - Premyer Liqada

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada “Everton”un “sükanı arxasında” olan Devid Moyes layiq görülüb.

Mütəxəssis azarkeşlərin səsverməsinə əsasən Oliver Qlasner (“Kristal Pelas”), Anqelos Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.

Moyes karyerasında 11-ci dəfə Premyer Liqada ayın baş məşqçisi seçilib və Xosep Qvardiolanın uğurunu təkrarlayıb.

Sözügedən mükafatı ən çox Aleks Ferqyuson (27 dəfə) və Arsen Venger (15) qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da