Bir transfer ücündə “düşmən” oldular - Premyer Liqanın iki nəhəngi

12 Mart 2025 01:40 İngiltərə 1 052
Bir transfer ücündə “düşmən” oldular - Premyer Liqanın iki nəhəngi

"Fulhem"in müdafiəçisi Antoni Robinson Premyer Liqada klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" amerikalı futbolçunu transfer etmək istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Hər iki klub Robinsonu yayda heyətinə qatmağı planlaşdırır. "Fulhem" 27 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon funt-sterlinq tələb edir.

"Fulhem" Antoni Robinsonu 2020-ci ilin avqust ayında "Uiqan"dan transfer edib.

ABŞ millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 10 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!