COP29

Məhkəməyə çəkilən klubun işi üzrə ittihamların sayı artdı

11 Dekabr 2024 00:00 İngiltərə 242
Məhkəməyə çəkilən klubun işi üzrə ittihamların sayı artdı

“Mançester Siti”nin maliyyə qaydalarını mümkün pozması ilə bağlı məhkəmə prosesi davam edir.

Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, iş genişləndirilib. İlkin 115 ittiham 130-a çevrilib.

Əvvəllər “Mançester Siti” işi üzrə dinləmələrin başa çatması barədə məlumatlar yer alırdı.

Hökmün fevralda elan olunması gözlənilsə də, “şəhərlilər” apellyasiya şikayəti verə biləcəyi üçün proses bununla bitməyə bilər.

“Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Pep Qvardiolanın komandası növbəti oyununu dekabrın 11-də, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Yuventus”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti