“Çelsi”nin vingeri Noni Madueke baş məşqçi Enzo Mareskanın tənqidlərinə cavab verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Mareskanın dürüst və ədalətli olduğunu bildirib:
“Mareska dürüst və ədalətlidir. Bu, həqiqəti söyləməkdən qorxmayan, ona etibar edilə bilən adamdır. “Çelsi” kimi top-klubda məşqçidən gözlədiyiniz bu olmalıdır”.
22 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Çelsi”nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Onun London klubu ilə müqaviləsi daha bir mövsüm uzadılması şərti ilə 2025-ci il iyunun 30-na kimidir.