“Mən onun agentini azca tanıyıram, bizə gəlməsində problem yoxdur”

31 Oktyabr 2024 18:20 İngiltərə 491
“Mən onun agentini azca tanıyıram, bizə gəlməsində problem yoxdur”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”dən qovulan Erik ten Haqla bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Ten Haqı yenidən İngiltərə klubunda görməkdən şad olacağını bildirib:

“Biz Ten Haqın gəlişinə açığıq. İstənilən vaxt!

Ciddiyəm! Qapımız ona həmişə açıqdır, amma bunun baş verəcəyini düşünmürəm.

Mən onun agentini azca tanıyıram, ona görə də, onun bizə gəlməsində problem yoxdur. Nə klub üçün, nə də şəxsən mənim üçün”.

“Mançester Yunayted”in İngiltərə Premyer Liqasının 9-cu turunda “Vest Hem”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra rəhbərlik niderlandlı mütəxəssislə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi