Premyer Liqa variantı - Ona prioritet namizəd kimi baxır

30 İyul 2024 12:00 İngiltərə 745
Premyer Liqa variantı - Ona prioritet namizəd kimi baxır

Joao Feliksin yay transfer pəncərəsindən sonra “Atletiko”da qalacağı ehtimalı yoxdur. Portuqaliyalı futbolçunun karyerasını harada davam etdirəcəyi hələlik bəlli deyil.

Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Aston Villa”nı Çempionlar Liqasına hazırlayan Unay Emeri 24 yaşlı forvardı komandasında görmək istəyir.

Birmingem klubu ona prioritet namizəd kimi baxır.

Feliks ötən mövsüm icarə əsasında oynadığı “Barselona”ya qayıtmağa üstünlük verir.

Hücumçunun agenti Jorje Mendeş onun Kataloniya klubuna transferi üzərində fəal işləyir, lakin vəziyyət asan deyil. Belə ki, kataloniyalılr başqa oyunçulara üstünlük verirlər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM