Qvardiola yenə hamını qabaqladı

22 May 2024 22:00 İngiltərə 727
Qvardiola yenə hamını qabaqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının cari mövsümünün ən yaxşı məşqçisi mükafatına sahib çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.

"Mançester Siti" 2023/2024 mövsümünü çempion kimi tamamlayıb. Premyer Liqanın 38-ci turundan sonra Mançester təmsilçisi ən yaxın izləyicisi "Arsenal"ı iki xal qabaqlayaraq 91 xal toplayıb.

Qvardiola 2016-cı ilin yayında "Mançester Siti"yə baş məşqçi təyin olunub. Son yeddi mövsümdə Qvardiolanın rəhbərlik etdiyi kollektiv altı dəfə İngiltərə çempionluğunu qazanıblar. "Mançester Siti" həm də İngiltərə Premyer Liqası tarixində ardıcıl dörd çempionluq qazanan ilk komandadır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu