"Klub onunla bağlı səhvə yol verdi, mən şübhə etmirəm ki..."

1 Oktyabr 17:20 İngiltərə 364
"Klub onunla bağlı səhvə yol verdi, mən şübhə etmirəm ki..."

“Real”ın qapıçısı Tibo Kurtua komanda yoldaşı Kepa Arrisabalaqanın çıxışı haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, belçikalı qolkiper, Kepanın əvvəlki klubu “Çelsi”nin səhv etdiyini düşünür:

“Məncə, “Çelsi” Arrisabalaqa barəsində səhv etdi. O, çox güclü, əla qapıçıdır. Mən şübhə etmirəm ki, o, hazırda dünyanın ən yaxşı beş qapıçısından biridir”.

Kurtua dizindən zədə aldığı üçün uzun müddətə sıradan çıxıb. Bu səbəbdən, “kral klubu” Arrisabalaqanı mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürüb.

Arrisabalaqa İspaniya çempionatının cari mövsümündə 5 oyun keçirib və 5 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"