Məşhur hücumçunu təhqir edən idman jurnalisti İŞDƏN QOVULDU!

27 Avqust 2023 13:10 İngiltərə 824
Məşhur hücumçunu təhqir edən idman jurnalisti İŞDƏN QOVULDU!

İtaliyalı jurnalist Luidşi Furini “Çelsi”nin hücumçusu Romelu Lukakunu “zənci” adlandırdığı üçün işdən qovulub.

Sportinfo.az xəbər verir ki, Luidşinin çalışdığı media qurumunun rəhbəri jurnalistin adından üzr istəyib.

Furi isə işlətdiyi sözə görə üzr istəməkdən imtina edib.

Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib. “Neradzurra”nın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxan Lukaku 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Yay transfer pəncərəsində onun “Yuventus”a keçəcəyi deyilirdi. Son xəbərlərə görə, “Roma” futbolçunu heyətinə qatmaq istəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR