Səudiyyə Ərəbistanına getməyəcək - "Mançester Yunayted"in müdafiəçi

26 Avqust 2023 01:30 İngiltərə 654
Səudiyyə Ərəbistanına getməyəcək -

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Rafael Varan bu yay komandanı tərk etmək niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu bununla bağlı klubu ilə danışıq belə aparmayıb.

Halbuki, fransalıya Səudiyyə Ərəbistanının "Əl-İttihad" və "Əl-Hilal" klublarından təklif olduğu, yaxın günlərdə İngiltərəni tərk edəcəyi gözlənilirdi.

Amma nə Varan, nə də "Mançester Yunayted" bu ayrılığı istəyir.

Müdafiəçi 2021-ci ilin iyulunda "Real"dan "Mançester Yunayted"ə keçib. O, bu mövsüm Premyer Liqada iki oyuna çıxıb və bir qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti