İspaniya klubuna keçməyə yaxındır - Premyer Liqa klubunun müdafiəçisi

26 Avqust 2023 00:20 İngiltərə 940
İspaniya klubuna keçməyə yaxındır - Premyer Liqa klubunun müdafiəçisi

“Arsenal”ın müdafiəçisi Kiran Tirninin iş yerini dəyişmək ehtimalı var.

Sportinfo.az xəbər verir ki, Tirni karyerasını İspaniyanın “Real Sosyedad” klubunda davam etdirməyə yaxındır.

Öncədən şotlandiyalı futbolçu uğrunda “Aston Villa” və “Nyukasl”ın da mübarizə apardığı bildirilirdi.

Tirni 2022/23 mövsümündə “topçular”ın heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM