Məhəmməd Salah razılıq verdi - Ərəbistan klubuna

25 Avqust 2023 15:40 İngiltərə 1 217
Məhəmməd Salah razılıq verdi - Ərəbistan klubuna

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Əl-İttihad” keçməyə razılıq verib.

Sportinfo.az xəbər verir ki, klublar transferin məbləği ilə əlaqədar ortaq məxrəcə gəlməlidirlər.

Öncədən ərəblərin misirli forvard üçün 90 milyon avrodan çox pul xərcləməyə hazır olduğu haqda xəbər vermişdik.

Mersisayd klubu “Əl-İttihad”ın Salah üçün təklifini qəbul etsə, onun keçidi Səudiyyə Ərəbistanı liqası tarixində reallaşan ən bahalı transfer olacaq (bonuslar nəzərə alınmayacaq).

Misirli hücumçunun “qırmızılar”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM