Təklifi qəbul etsə, ən çox qazanan futbolçu olacaq - Səudiyyə Ərəbistanında

24 Avqust 2023 18:20 İngiltərə 993
Təklifi qəbul etsə, ən çox qazanan futbolçu olacaq - Səudiyyə Ərəbistanında

"Liverpul"un futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, misirli hücumçunun xidmətində "Əl İttihad" maraqlıdır.

Ərəblər 31 yaşlı forvarda fantastik maaş təklif ediblər. O, təklifi qəbul etsə, Səudiyyə Ərəbistanında ən çox qazanan futbolçu olacaq.

Ulduz futbolçu "Əl İttihad"a keçsə, "Əl Nəssr"də çıxış edən Kriştiano Ronaldodan da çox maaş alacaq.

"Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan transfer edib.

Misir yığmasının üzvü Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 307 rəsmi matçda 187 qol və 80 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR