Kral ailəsinin üzvü Premyer Liqa klubunu satın aldı

23 Avqust 2023 12:20 İngiltərə 1 246
Kral ailəsinin üzvü Premyer Liqa klubunu satın aldı

Qətərin kral ailəsinin üzvü Şeyx Jassim "Mançester Yunayted"in satın alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

O, klub üçün ödənişi oktyabrın ortalarına qədər tamamlayacağını bildirib.

Qleyzer ailəsi “Mançester Yunayted”i 2005-ci ildə 800 milyon funt-sterlinqə satın almışdı.

Qətərin kral ailəsinin üzvü Qleyzer ailəsinin klubdakı payını saxlamağa razı olan britaniyalı milyarder Cim Retklifi qabaqlayıb.

Məlumata görə, Qleyzerlər “Mançester Yunayted”də pay saxlamaq və klubda səhmlərə sahib olmaqda davam etmək niyyətində olublar, lakin iş adamlarına bunun azarkeşlərin böyük reaksiyasına səbəb olacağı barədə xəbərdarlıq edilib.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə iki oyun keçirib. Bu oyunlardan birində qalib, digərində məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR