Ərəblər razılığa gəldi - Premyer Liqa klubunun hücumçusu ilə

23 Avqust 2023 10:00 İngiltərə 803
Ərəblər razılığa gəldi - Premyer Liqa klubunun hücumçusu ilə

“Everton”un hücumçusu Demaray Qrey karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Əl-Şabab” 27 yaşlı yamaykalı ilə şifahi razılıq əldə edib.

Qrey 2022/23 mövsümündə Premyer Liqa klubunun heyətində 36 oyuna çıxıb, altı qol vurub, bir məhsuldar ötürmə edib.

2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino, Fabinyo kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR