Premyer Liqanın qalibi belçikalı gəncdən əl çəkmir

22 Avqust 2023 10:00 İngiltərə 702
Premyer Liqanın qalibi belçikalı gəncdən əl çəkmir

“Mançester Siti” “Renn”in futbolçusu Jeremi Dokunun transferi üzərində işləyir.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” 21 yaşlı futbolçunun transferi üçün danışıqlarda irəliləyir və “Renn”lə bonuslar da daxil olmaqla 55-60 milyon avroluq yeni təklif müzakirə edilir.

İngiltərə klubu bu həftə “Renn”lə razılığa gəlməyə ümid edir.

MS Dokunu “Əl-Əhli”yə yollanan Riyad Mahrezin əvəzləyicisi kimi görür.

Belçikalı futbolçu bu mövsüm Liqa 1-də 2 matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM