Premyer Liqa təmsilçisi öz yetirməsi ilə vidalaşdı

22 Avqust 2023 00:00 İngiltərə 440
Premyer Liqa təmsilçisi öz yetirməsi ilə vidalaşdı

"Mançester Yunayted" klubunda ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Meyson Qrinvudla yollarını ayırıb.

Mançester təmsilçisi 21 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin sabiq üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 129 rəsmi matçda 35 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Meyson Qrinvud sevgilisinə təcavüz etməkdə ittiham olunuraq həbs edilmişdi. O, ötən ilin oktyabr ayında azadlığa buraxılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR