“Bəzi məsələlərdə dəyişiklik etdik və bu, bizim işimizə yaradı”

21 Avqust 2023 10:00 İngiltərə 559
“Bəzi məsələlərdə dəyişiklik etdik və bu, bizim işimizə yaradı”

“Liverpul”un futbolçusu Dominik Soboslai İngiltərə Premyer Liqasının 2-ci turunun “Bornmut”la matçını (3:1) dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, oyunda edilən dəyişikliklərin işə yaradığını deyib:

“Özümü əla hiss edirəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda azarkeşləri sevindirəcəm. Qapımızda qol gördükdən sonra cəld reaksiya göstərdik.

Topa nəzarət bizim tərəfimizdə idi. Bəzi məsələlərdə dəyişikliklər etdik və bu, işə yaradı”.

Macarıstan millisinin üzvü yay transfer pəncərəsində Mersisayd təmsilçisinə keçib. Onunla 5 illik müqavilə imzalanıb.

“Qırmızılar” üçüncü turda “Nyukasl”la, “Bornmut” isə “Tottenhem”lə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR