“Çox qorxuludur, yalan danışmıram, mən həyatı dadmaq istəyirəm"

19 Avqust 2023 00:10 İngiltərə 626
“Çox qorxuludur, yalan danışmıram, mən həyatı dadmaq istəyirəm"

“Arsenal”, “Sauthempton” və İngiltərə millisinin keçmiş vingeri Teo Uolkott karyerasını bitirməkdən qorxduğunu etiraf edib.

Sportinfo.az xəbər verir ki, o, artıq həyatı dadmaq istədiyini bildirib:

“Çox qorxuludur, yalan danışmıram. Bu, qorxuludur, çünki 16 və ya daha kiçik yaşımdan bəri bildiyim yeganə şey futboldur.

Uşaq vaxtı heç vaxt etmədiyim yeni bir şey sınamaq istəyirəm. Mən həyatı dadmaq istəyirəm. Adətən mənim üçün hər şey futbol ətrafında fırlanırdı.

Çox yaxşı klublardan təkliflər almışam. Səudiyyə Ərəbistanından bir neçə təklif almışam, amma düzünü desəm, özümü orada oynayan yerdə görmürəm”.

Uolkott bu gün karyerasını başa vurduğunu açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR