İtaliya klubuna keçməyə razılaşıb - Premyer Liqa klubunun qapıçısı

17 Avqust 2023 15:20 İngiltərə 866
İtaliya klubuna keçməyə razılaşıb - Premyer Liqa klubunun qapıçısı

Qapıçı Uqo Lloris “Tottenhem”i “Latsio”ya dəyişməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, London klubu 36 yaşlı qolkiperi buraxmağa hazır olduğunu bildirib və dünya çempionunun özü də İtaliyaya köçməyə razılaşıb.

İndi “Latsio”, “Tottenhem” və futbolçunun nümayəndələri müqavilənin detalları ilə bağlı danışıqlar aparır. Müqavilənin iki illik olacağı gözlənilir.

Lloris “Tottenhem”də 11 mövsüm keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR