Portuqaliyalı "Mançester Siti"də qaldı

15 Avqust 2023 15:20 İngiltərə 811
Portuqaliyalı "Mançester Siti"də qaldı

Portuqaliya millisinin üzvü Bernardo Silva "Mançester Siti"də qalacaq.

Sportinfo.az "The Mirror"a istinadən xəbər verir ki, yarımmüdafiəçi klubla müqavilə müddətini uzatmağa razılaşıb.

"Şəhərlilər" Silvaya yeni şərtlərlə daha yaxşı müqavilə təklif edib.

Silvanın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

29 yaşlı futbolçu "Benfika", "Monako"da oynadıqdan sonra 2017-ci ildə "Mançester Siti"yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM