“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq keçmiş kapitan Harri Maquayrın komandanı tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, onun sözlərini “Sky Sports” yayıb.
“O, yüksək səviyyəli mərkəz müdafiəçisi olmağa qadirdir. O, İngiltərə yığmasının ən yaxşısıdır, bəs niyə bizim üçün ən yaxşısı olmasın?
Amma o bunu sübut etməlidir. Əgər o, komanda üçün mübarizə aparacaq qədər özünə güvənmirsə, onda getməlidir”, - baş məşqçi bildirib.
Müdafiəçi 2019-cu ildə “Lester”dən “Mançester Yunayted”ə keçib və altı ay sonra kapitan olub. O, iyulun ortalarında kapitanlığını itirib.
Portuqaliyalı Bruno Fernandes 2023/24 mövsümü üçün “Mançester Yunayted”in yeni kapitanı olacaq.

