Premyer Liqa təmsilçisi 133 milyon təzminat ödədi – REKORD QİYMƏTƏ TRANSFER

15 Avqust 2023 01:30 İngiltərə 533
Premyer Liqa təmsilçisi 133 milyon təzminat ödədi – REKORD QİYMƏTƏ TRANSFER

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Brayton"un yarımmüdafiəçisi Moyzes Kaysedonu transfer edib.

"Çelsi" ekvadorlu oyunçu üçün 133 milyon avro təzminat ödəyib. Bu İngiltərə futbolu tarixində rekorddur.

21 yaşlı orta xətt oyunçusu yeni klubu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Brayton" Moyzes Kaysedonu 2021-ci ilin fevral ayında Ekvadorun "İndependiente" klubundan transfer edib.

21 yaşlı orta xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR