“Kim bilir, o, iki-üç ildən sonra yenidən Premyer Liqaya geri qayıda bilər”

15 Avqust 2023 00:20 İngiltərə 520
“Kim bilir, o, iki-üç ildən sonra yenidən Premyer Liqaya geri qayıda bilər”

İngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer Harri Keynin “Tottenhem”dən “Bayern”ə transferinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, keçmiş futbolçu, Keynin “Bayern”də böyük oyunçularla birlikdə olacağını söyləyib:

“O, karyerasında müəyyən uğurlara sahibdir. Təyyarənin gedişi bir neçə dəfə ləğv ediləndə bir az təlaşa düşdüm, “uçur, ya yox?” deyə, fikirləşdim.

Kim bilir, o, iki-üç il orada qalıb, yenidən Premyer Liqanın qol rekordunu qırmaq üçün geri qayıda bilər.

Onun müqaviləsinin bitməsinə bir il qalmışdı və indi Çempionlar Liqasını qazanmaq şansı çox yüksək olan nəhəng kluba keçdi.

Keyn ağıllı baş məşqçi Tomas Tuxellə işləmək və bir çox böyük oyunçularla çiyin-çiyinə oynamaq üçün ora gedir”.

Avqustun 12-də “Bayern” ingiltərəli hücumçu ilə müqavilə imzaladığını elan edib. Münhenlilərin 30 yaşlı hücumçu üçün 120 milyon avro ödədiyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR