"Ondan da yaxşı futbolçular bu cür dəyişiklikləri sakit qarşılayıblar”

14 Avqust 2023 21:40 İngiltərə 769
"Ondan da yaxşı futbolçular bu cür dəyişiklikləri sakit qarşılayıblar”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin İngiltərə çempionatının 1-ci turunun “Çelsi” – “Liverpul” (1:1) görüşü haqda danışıb. O, 77-ci dəqiqədə əvəzlənən Məhəmməd Salahın bu qərara emosional münasibətindən söz açıb.

Sportinfo.az xəbər verir ki, Roy Kin misirli forvardın reaksiyasını normal hesab etmədiyini deyib:

“Matç zamanı futbolçuların bu cür emosiyaları normaldır. Salah baş məşqçinin qərarından sonra ehtiyat futbolçular skamyasında sakit oturmalı idi.

Əlbəttə, əsəbiləşə bilərsiz. Lakin onu cilovlaya bilmək vacibdir. Salahdan da yaxşı futbolçular bu cür dəyişiklikləri sakit qarşılayıblar”.

“Liverpul” İngiltərə Premyer Liqasının 2-ci turunda “Bornmut”la, “Çelsi” isə “Vest Hem”lə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR