Ərəblər Premyer Liqada çıxış edən braziliyalı ilə şəxsi şərtləri razılaşdırdı

19 İyul 2023 00:20 İngiltərə 713
Ərəblər Premyer Liqada çıxış edən braziliyalı ilə şəxsi şərtləri razılaşdırdı

"Liverpul"un daha bir futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Əl İttihad" Fabinyonu heyətinə qatmaq istəyir.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Ərəblər 29 yaşlı futbolçu ilə şəxsi şərtləri razılaşdırıb. Klublar anlaşsa, keçid reallaşacaq.

"Liverpul" Fabinyonu 2018-ci ilin yayında "Monako"dan transfer edib.

Braziliya millisinin üzvü son mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayına kimidir.

"Əl İttifaq" "Liverpul"un kapitanı Cordan Hendersonla da maraqlanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR