Müqavilə 51+4 milyon avro təşkil edəcək – RAZILIĞA GƏLDİLƏR

18 İyul 2023 21:40 İngiltərə 978
Müqavilə 51+4 milyon avro təşkil edəcək – RAZILIĞA GƏLDİLƏR

“Mançester Yunayted” və “İnter” nəhayət ki, kamerunlu qapıçı Andre Onananın transferi ilə bağlı razılığa gəliblər.

Sportinfo.az xəbər verir ki, müqavilə 51+4 milyon avro təşkil edəcək. Klublar ötən gecə yekun razılığa gəliblər.

Bir müddət əvvəl Onana artıq “Mançester Yunayted”lə şəxsi müqavilənin şərtlərini razılaşdırmışdı.

Onun Mançester klubu ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Transferin bu gün rəsmən açıqlanmayacağı gözlənilir. Çünki klublar hələ bəzi detalları razılaşdırmalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR