“Mən futbol oynamağı sevirəm, amma təbii ki, pul da vacibdir” - Sondan son qərar

18 İyul 2023 10:20 İngiltərə 941
“Mən futbol oynamağı sevirəm, amma təbii ki, pul da vacibdir” - Sondan son qərar

“Tottenhem”in hücumçusu Son Hın Min Səudiyyə Ərəbistanı klublarının təkliflərini niyə rədd etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, cənubi koreyalı futbolçu Səudiyyə Ərəbistanına getməməsinin səbəblərini dilə gətirib:

“Yəqin ki, ora getmək istəsəydim, burada yox, orada olardım. Mən futbol oynamağı sevirəm, amma təbii ki, pul da vacib amildir.

Arzum Premyer Liqada oynamaqdır və xüsusən də, ötən mövsüm kimi məyusedici mövsümdən sonra hələ çox işim var. Bu, hamının bildiyi Son deyildi.

Yeni mövsümdə hələ də yaxşı vəziyyətdə olduğumu göstərmək istəyirəm. Aydındır ki, indi bir çox insan Səudiyyə Ərəbistanına gedir və bu, çox cəlbedici ola bilər.

Amma mən Premyer Liqada qalmaq istəyirəm, ona görə də, yeni mövsümü səbirsizliklə gözləyirəm”.

Son Hın Min ötən mövsüm keçirdiyi 36 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR