Sabiq "Qarabağ"lı qapıçı İngiltərə klubu ilə müqavilə imzaladı

18 İyul 2023 08:30 İngiltərə 670
Sabiq "Qarabağ"lı qapıçı İngiltərə klubu ilə müqavilə imzaladı

"Qarabağ"ın sabiq fqapıçısı Asmir Beqoviçin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Everton"dan ayrılan bosniya ver herseqovinalı qolkiper İngiltərədə qalacaq.

36 yaşlı "əlcək sahibi" QPR-ə keçib. Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Azərbaycan klubunun heyətində 17 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR