"Tarix hər zaman göstərir ki, futbolçu klubdan daha böyük deyil"

16 İyul 2023 13:10 İngiltərə 602
"Tarix hər zaman göstərir ki, futbolçu klubdan daha böyük deyil"

“Vest Hem”in baş məşqçisi Devid Moyes yarımmüdafiəçi Deklan Raysın klubdan ayrılması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, kədərli olduqlarını söyləyib:

“Vest Hem” üçün etdiyi hər şeyə görə Raysa şəxsən təşəkkür edirəm! Uzun müddət bizimlə birgə olan insanla vidalaşmaq kədərlidir.

Buna baxmayaraq, yola davam etməliyik. Böyük kluba sahibik. Tarix hər zaman göstərir ki, futbolçu klubdan daha böyük deyil.

Diqqətimizi başa çatan mövsümdə qazandığımız uğurun üzərində qurmağa köklənmişik. Həm də gənc istedadları inkişaf etdirməliyik”.

Rays rekord məbləğə – təxminən 105 milyon funt-sterlinqə “Vest Hem”dən “Arsenal”a keçib.

24 yaşlı futbolçu “çəkicdöyənlər”in yetirməsidir. İngiltərə millisinin üzvü 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib.

O, mövsümü Avropa Konfrans Liqasının qalibi kimi də bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR