Ərəblər 40 milyondan keçib, onu da transfer edir – Premyer Liqadan

15 İyul 2023 22:00 İngiltərə 1 545
Ərəblər 40 milyondan keçib, onu da transfer edir – Premyer Liqadan

“Liverpul”un yarımmüdafiəçisi Fabinyo klubdan ayrılmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ın braziliyalını transfer etmək istəməsidir.

Ciddə təmsilçisi Fabinyo üçün “qırmızılar”a 40 milyon funt-sterliq təklif edib.

Danışıqlar müsbət məcrada davam etsə, futbolçu “Liverpul”un Almaniyadakı düşərgəsindən ayrılacaq.

Keçid baş tutsa, Mersisayd təmsilçisi Fabinyonun yerini doldurmaq üçün axtarışlara start verəcək. Artıq “Foot Mercato” nəşri “sambaçı”nın “Əl-İttihad”la 3 illik müqavilə imzaladığını da yazıb.

Fabinyo 2018-ci ildən Premyer Liqa təmsilçisində çıxış edir. O, bu müddətdə 219 oyuna çıxıb.

“Əl-İttihad” yay transfer pəncərəsində “Real”dan Kərim Benzemanı, “Çelsi”dən isə Nqolo Kanteni heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR