“Mançester Siti”dən gedir

15 İyul 2023 12:20 İngiltərə 945
“Mançester Siti”dən gedir

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker “Bayern”ə keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu Münhen klubuna keçməyə razılıq verib.

Uolker Bundesliqa təmsilçisinə keçsə, onunla 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacağı gözlənilir. Sözləşmənin müddəti uzadıla bilər.

İngiltərə millisinin üzvü ötən mövsüm “şəhərlilər”in heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. O, 2017-ci ildən Mançester təmsilçisində forma geyinir.

Öncədən almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan da “Mançester Siti”ni tərk edərək, İspaniyanın “Barselona” klubuna keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR