Niderlandlı müdafiəçini 40 milyona transfer etdi - Premyer Liqa klubu

15 İyul 2023 10:00 İngiltərə 652
Niderlandlı müdafiəçini 40 milyona transfer etdi - Premyer Liqa klubu

“Arsenal” “Ayaks”dan Yurrien Timberi transfer etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı niderlandlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

Britaniya mətbuatı “Arsenal”ın bu transfer üçün “Ayaks”a 40 milyon avro və 5 milyon bonus ödəyəcəyini yazıb.

Timber ötən mövsüm Niderland çempionatında 34 oyuna çıxıb, 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM