19 yaşlı futbolçu üçün 58 milyon avro ödəmək haqda düşünmür

9 İyul 2023 00:20 İngiltərə 798
19 yaşlı futbolçu üçün 58 milyon avro ödəmək haqda düşünmür

“Sauthempton” klubunun yarımmüdafiəçisi Romeo Lavia Premyer Liqa təmsilçilərinin hədəfindədir.

Sportinfo.az xəbər verir ki, “Çelsi”, “Liverpul” və “Arsenal” onu transfer etmək istəyən klublardır. Lakin bu mübarizədə “zadəganlar” daha üstün tərəfdir.

“Liverpul” və “Arsenal” isə “müqəddəslər”ə 19 yaşlı futbolçu üçün 58 milyon avro ödəmək haqda düşünmür.

Lavia iş yerini dəyişsə, “Sauthempton” oyunçunun keçmiş klubu “Mançester Siti”yə ödəniş etməli olacaq. Romeo 2021-2022-ci illərdə “şəhərlilər”in heyətində çıxış edib.

Belçikalı futbolçu 2022/23 mövsümündə “müqəddəslər”in heyətində 34 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR