Premyer Liqa nəhəngi məşhur qapıçının müqaviləsini yeniləmədi

8 İyul 2023 21:40 İngiltərə 905
Premyer Liqa nəhəngi məşhur qapıçının müqaviləsini yeniləmədi

Qapıçı David De Xea “Mançester Yunayted”dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu bardə klubun saytı məlumat yayıb.

32 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti yenilənməyib.

Beləliklə, o, 12 ildən sonra Mançester təmsilçisindən ayrılıb.

De Xea 2011-ci ilin yayında “Atletiko”dan “Mançester Yunayted”ə transfer olunmuşdu. O, bu klubda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM