“Evimə qayıtdığım və işləyəcəyim üçün çox xoşbəxtəm” - FOTO

8 İyul 2023 18:40 İngiltərə 790
“Evimə qayıtdığım və işləyəcəyim üçün çox xoşbəxtəm” - FOTO

“Çelsi”nin keçmiş müdafiəçisi Con Terri London təmsilçisinə qayıdıb.

42 yaşlı ingiltərəli mütəxəssis klubun akademiyasında çalışacaq.

Sportinfo.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib:

“Evimə qayıtdığım, akademiyada işləyəcəyim və klubdakı rolumu davam etdirəcəyim üçün çox xoşbəxtəm”.

Keçmiş futbolçunun sonuncu iş yeri 2023-cü ilin aprelindən bəri çalışdığı “Lester" olub.

“Çelsi” 2022/23 mövsümünü 12-ci pillədə bitirib. Onlar yeddi ildən sonra ilk dəfə avrokuboklarda çıxış etməyəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR