Geri qaytarmaq hüququna sahib olacaq - Keçid baş tutsa

8 İyul 2023 12:00 İngiltərə 901
Geri qaytarmaq hüququna sahib olacaq - Keçid baş tutsa

“Sauthempton” “Mançester Siti”nin yarımmüdafiəçisi Şi Çarlzı transfer etməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 2022/23 mövsümündə Premyer Liqanın qalibi olan “şəhərlilər” klubun gənclərdən ibarət kollektivinin 19 yaşlı oyunçusuna görə 9 milyon funt-sterlinq tələb edə bilər.

Keçid baş tutsa, Mançester təmsilçisi futbolçunu geri qaytarmaq hüququna sahib olacaq.

Çarlz şənbə və ya bazar günü “Sauthempton”a qoşulmaq üçün tibbi müayinədən keçə bilər.

O, 2022/23 mövsümündə 26 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM