Braziliyalı Premyer Liqadan Səudiyyə Ərəbistanı klubuna getdi

5 İyul 2023 12:00 İngiltərə 565
Braziliyalı Premyer Liqadan Səudiyyə Ərəbistanı klubuna getdi

“Liverpul”dan ayrılan braziliyalı hücumçu Roberto Firminonun “Əl-Əhli”yə keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

2015-ci ildən “Liverpul”da çıxış edən Firmino ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 13 qol vurub və 5 qolun ötürməsini verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR