“Lids” qarşıdakı 24 saat ərzində yeni baş məşqçisinin adını elan edəcək.
Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis Daniel Farke ilə müqavilənin şərtləri razılaşdırılıb.
“Lids” Premyer Liqada başa çatan mövsümü 31 xalla 19-cu sırada bitirib və aşağı dəstəyə düşüb. Nəticədə, klub baş məşqçi Sem Ellardaysla yollarını ayırıb.
Farke ötən ilin yayından Almaniya “Borussiya”sının (Münhenqladbax) sükanı arxasında olub. Bundesliqa klubunda onu isveçrəli mütəxəssis Xerardo Seoane əvəzləyib.

