"Klub rəhbərliyindən xahiş etmişdim ki, onu transfer etsinlər"

4 İyul 2023 15:20 İngiltərə 724
"Klub rəhbərliyindən xahiş etmişdim ki, onu transfer etsinlər"

“Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Yaya Ture maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, həmişə hazırda “Bayern”də forma geyinən Sadio Mane ilə birlikdə oynamaq istədiyini açıqlayıb:

“Həmişə Mane ilə birlikdə oynamaq istəmişəm. Mən “Mançester Siti”, Sadio isə “Sauthempton” klubunda çıxış edərkən ona böyük hörmət bəsləyirdim.

Hətta klub rəhbərliyindən xahiş etmişdim ki, onu transfer etsinlər. Lakin bu, baş tutmadı.

Yurgen Klopp (“Liverpul”un baş məşqçisi) onu kəşf etdi və nəticədə, Mane onun sərəncamında çıxış etdi. “Liverpul” üçün nələr etdiyini izləmişik. O, əla futbolçudur. Sadionu oyunçu kimi bəyənirəm”.

Mane 2014-2016-cı illərdə “Sauthempton”da, 2016-2022-ci illərdə isə “Liverpul”da çıxış edib.

O, Mersisayd təmsilçisi ilə 2019-cu ildə Çempionlar Liqasının, 2019/20 mövsümündə isə İngiltərə Premyer Liqasının qalibi olub.

Ture karyerası ərzində “Olimpiakos” (2005-2006; 2018), “Monako” (2006-2007), “Barselona” (2007-2010), “Mançester Siti” (2010-2018) kimi klublarda forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR