Stiven Cerrard Səudiyyə Ərəbistanında “Əl-İttifaq”ın baş məşqçisi təyin edilib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Liverpul”un keçmiş yarımmüdafiəçisi və kapitanı məşqçilik karyerasına 2017-ci ildə Mersisayd klubunun gənclər komandasında başlayıb.
2019-cu ildə ingiltərəli mütəxəssis “Reyncers”i çalışdırıb, üç ildən sonra “Aston Villa”ya keçib. O, 2022-ci ilin oktyabrında “Aston Villa”dan istefaya göndəriləndən bəri işsiz idi.

