Premyer Liqa klubu 70 milyonluq transfer etdi

3 İyul 2023 01:40 İngiltərə 639
Premyer Liqa klubu 70 milyonluq transfer etdi

“Leyptsiq”in yarımmüdafiəçisi Dominik Soboslai “Liverpul”a keçib.

Sportinfo.az bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi bu transfer üçün Almaniya klubuna 70 milyon avro ödəyib. Yarımmüdafiəçi yeni klubu ilə 5 illik sözləşmə imzalayıb. O, bu komandada 8 nömrəli formanı geyinəcək.

Soboslai 2021-ci ildən oynadığı “Leyptsiq”də 91 oyunda 20 qol vurub.

22 yaşlı futbolçu Macarıstan yığmasında da 32 oyuna çıxıb, 7 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM