Paytaxt klubundan ayrıldı, İtaliyaya yollandı – 16 milyonluq transfer

1 İyul 2023 01:30 İngiltərə 569
Paytaxt klubundan ayrıldı, İtaliyaya yollandı – 16 milyonluq transfer

“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik “Milan”a keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.

Transferin məbləği 16 milyon avro olub.

27 yaşlı ingilis futbolçu “Çelsi”nin məzunudur. O, ümumilikdə, “zadəganlar”ın heyətində 155 oyuna çıxıb, 13 qol vurub və 18 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM