Braziliyalı hücumçu Roberto Firmino karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, o, bu ölkənin “Əl-Əhli” klubu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
İyulun 1-də forvardın “Liverpul”la sözləşməsi başa çatacaq. Nəticədə, Firmino azad agent kimi “Əl-Əhli”nin oyunçusu olacaq.
“Sambaçı” 2022/23 mövsümündə Mersisayd təmsilçisinin heyətində 35 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

