Braziliya klubunun hücumçusu Premyer Liqaya transfer olur

29 İyun 2023 21:40 İngiltərə 1 371
Braziliya klubunun hücumçusu Premyer Liqaya transfer olur

Braziliyanın “Santos” klubunun hücumçusu Anjelo Qabriel qısa zamanda “Çelsi”yə keçəcək.

Sportinfo.az xəbər verir ki, tərəflər mümkün transferlə bağlı razılıq əldə ediblər.

“Zadəganlar” braziliyalı üçün 15 milyon avro ödəyəcək. Onunla 2029-cu ilə qədər nəzərdə tutulan müqavilənin imzalanacağı gözlənilir.

19 yaşlı forvard London klubu ilə mövsümöncəsi məşqlərə başlayacaq. “Çelsi” sonra onu icarəyə verə bilər.

Digər Xəbərlər
Xəbər Lenti