“Klubun gələcəyi onun burada nə qədər qalacağından asılı olacaq”

28 İyun 2023 10:20 İngiltərə 632
“Klubun gələcəyi onun burada nə qədər qalacağından asılı olacaq”

“Komo”nun yarımmüdafiəçisi Sesk Fabreqas Xosep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"nin Çempionlar Liqasındakı qələbəsini şərh edib.

Sportinfo.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan ispaniyalı deyib:

“Klubun gələcəyi, məncə, iki şeydən asılı olacaq: bu oyunçuların hər şeyi qazandıqdan sonra nə qədər ac qalacağı və Xosep Qvardiolanın nə qədər qalmaq istəyidir.

Çünki onu çox yorğun gördüm.Aydındır ki, o, növbəti mövsümü tərk etməyəcək.

Çünki Pep yenidən hər şeyi qazanmaq istəyir, lakin klubun gələcəyi onun burada nə qədər qalacağından asılı olacaq”.

Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter” üzərində 1:0 hesabı ilə qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM